Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » İl ərzində yol hərəkəti qaydalarını pozmayan sürücülərə ŞAD XƏBƏR
Son xəbərlər

İl ərzində yol hərəkəti qaydalarını pozmayan sürücülərə ŞAD XƏBƏR

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərinə müraciət edən vətəndaşların məmnunluğu üçün daha bir yenilik edilib.
Azmedia.Az xəbər verir ki, qeyd edilən mərkəzlərə avtomobilini texniki cəhətdən saz vəziyyətdə təqdim edən və il ərzində yol hərəkəti qaydalarını pozmayan nümunəvi sürücülərə Müayinə Mərkəzinin əməkdaşları tərəfindən xüsusi hədiyyələr təqdim edilir.
Bundan başqa Texniki Baxış Məntəqələrində vətəndaşların rahatlığını təmin etmək məqsədi ilə sürücülərə çay, qəhvə və su təklif edilir. 
Qeyd edək ki, Texniki Müayinə Mərkəzləri hər gün səhər saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir. Sürücülərdən xahiş olunur ki, texniki baxışa avtomobillərini saz vəziyyətdə təqdim etsinlər. Bundan başqa vətəndaşlar avtomobillərinin texniki baxışdan keçirilməsi ilə əlaqədar onları maraqlandıran məsələlərin operativ öyrənilməsi üçün 012-590-71-13 nömrəli qaynar xətlə də əlaqə saxlaya bilərlər. 
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma