Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » “Qarabağ”la oyunda azarkeşləri söyən futbolçu “Olimpiakos”dan qovuldu
Son xəbərlər

“Qarabağ”la oyunda azarkeşləri söyən futbolçu “Olimpiakos”dan qovuldu

Yunanıstanda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan sonra yerli azarkeşləri təhqir edən “Olimpiakos”un futbolçusu Pape Abu Sisse cəzalanıb.

Qaynarinfo “dakaractu.com” saytına istinadən xəbər verir ki, seneqallı müdafiəçi baş məşqçi Miçel Qonsalesin qərarı ilə əsas komandadan kənarlaşdırılıb.27 yaşlı oyunçu etdiyi hərəkətə görə şəxsi “Instagram” səhifəsində üzrxahlıq mesajı paylaşsa da, bu, ispaniyalı mütəxəssisin qərarını dəyişməyib.

Qeyd edək ki, “Qarabağ” və “Olimpiakos” arasında növbəti oyun oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma