Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » "Sədərək" indiyədək icarə haqqı ödəməyib? - Dövlət Komitəsi məhkəməyə verdi
Son xəbərlər

"Sədərək" indiyədək icarə haqqı ödəməyib? - Dövlət Komitəsi məhkəməyə verdi

Əmlak Məsələləri Dövlət Xidməti "Sədərək" Ticarət Mərkəzindən icarə müqaviləsi bağlanılmasını tələb edir.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, qurum iddia edir ki, Ticarət Mərkəzi dövlətə məxsus torpaq ərazisində fəaliyyət göstərməsinə baxmayaraq, bu müddət ərzində Komitəyə icarə pulu ödənilməyib.
ƏMDX artıq "Sədərək" barəsində məhkəmə iddiası da qaldırıb. İddia Bakı Kommersiya Məhkəməsində icraata götürülüb. İşə hakim İlham Əhmədovun sədrliyi ilə baxılır.
Mübahisə ilə bağlı maraqlı məqamlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin məhkəməyə maraqlı şəxs qismində cəlb olunmasıdır. Belə ki, "Sədərək" firması bu günə qədər BŞİH-in sərəncamı əsasında fəaliyyət göstərirmiş.
Qeyd edək ki, "Sədərək" Ticarət Mərkəzi Qafqazın ən böyük bazarı hesab olunur. Ərazisi 30 hektardan çox olan ticarət mərkəzinin rəhbəri tanınmış iş adamı Yunis Qədimbəylidir.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma