Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Həftənin ilk iş gününə olan hava proqnozu AÇIQLANDI
Son xəbərlər

Həftənin ilk iş gününə olan hava proqnozu AÇIQLANDI

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən günəşli olacaq, cənub-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 24-28° isti, gündüz 34-37°, bəzi yerlərdə 39° isti, Bakıda gecə 25-27° isti, gündüz 36-38° isti olacaq.
Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-39°, bəzi yerlərdə 40-41° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacaq.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma