Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » "Bill Qeyts bu yaxınlarda demişdi ki…" – ABŞ-da mal-qara niyə qırılır?
Son xəbərlər

"Bill Qeyts bu yaxınlarda demişdi ki…" – ABŞ-da mal-qara niyə qırılır?


"Qlobal güclərin planı hər zaman ABŞ-dan başlayır".
Bunu qida məsələləri üzrə mütəxəssis Ağa Salamov ötən gün ABŞ-ın cənubunda iribuynuzlu mal-qaranın kütləvi şəkildə tələf olmasından danışarkən deyib. O bildirib ki, süni iqlim dəyişikliyi də ABŞ-ın əyalətlərində daha sıx görülür:
"Əslində iribuynuzluların kütləvi şəkildə məhvi hər zaman üstündə dayandığım "Solor Food" süni ət istehsalı ilə bağlıdır. Süni ət satışına start vermək istəyən qlobal güclərin planı yavaş-yavaş baş tutur. Xatırlayırsınızsa, Bill Qeyts də bu yaxınlarda süni ətin daha ucuz olacağını dilə gətirib, satışına hazır olduğunu söyləmişdi. Deyəsən, havaya metan qazı buraxan və iqlimi korlayan bu zavallı iribuynuzlu heyvanların məhvi planı hələ də davam edəcək".
Ekspert əlavə edib ki, başqa ölkələrdə də müxtəlif ssenarilər ilə bu hallar daha çox özünü göstərəcək.
Qeyd edək ki, ABŞ-ın bir sıra ştatlarında ölən heyvanların sayı on minə çatır. Mal-qaranın ölüm səbəbləri hələlik rəsmi şəkildə müəyyən edilməyib. İlkin məlumatlara görə, inəklər anomal istilər və yüksək rütbətdən tələf olur./Sfera.az
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma