Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » DİN və DSX-dən birgə ƏMƏLİYYAT: Saxlanılanlar var
Son xəbərlər

DİN və DSX-dən birgə ƏMƏLİYYAT: Saxlanılanlar var


Cəlilabad rayonunda Bakı şəhər sakinində külli miqdarda narkotik aşkarlanıb.
Bu barədə BiG.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının daxil olan məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini V.Həsənzadə idarə etdiyi "Toyota" markalı avtomobildə sərnişini, əvvəllər məhkum olunmuş A.Rüstəmovla birgə Ocaqlı kəndinin ərazisində saxlanılıblar.
Avtomobilə baxış zamanı oradan 6 kiloqram 395 qram heroin və 1 kiloqram 270 qram metamfetamin aşkar edilərək götürülüb.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma