Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Reanimasiyada olan Rəmişdən XƏBƏR VAR
Son xəbərlər

Reanimasiyada olan Rəmişdən XƏBƏR VAR


Xəbər verdiyimiz kimi, Xalq artisti Rafiq Hüseynov (Rəmiş) xəstəxanaya yerləşdirilib.
Gitara ifaçısının xanımı Gülü Axşam.az-a açıqlamasında bildirib ki, musiqiçinin müalicəsi davam edir:
"Reanimasiyadadır. Həkimlər lazım olan hər şeyi edir. Amma məni yanına buraxmırlar. Rəmişi xəstəxanaya yerləşdirilən gündən görmürəm. Bir-iki dəfə qapıdan baxmışam. İnanıram ki, tezliklə ayağa qalxacaq".
Qaraciyərində problem olan Rəmişin son günlər halı lap pisləşmişdi. Sənətçinin qaraciyərinə su yığılmışdı.
Qeyd edək ki, Rəmiş Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma