Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Sabah Bakıda 30 dərəcə isti olacaq
Son xəbərlər

Sabah Bakıda 30 dərəcə isti olacaq

İyunun 11-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21, gündüz 26-30, Bakıda gecə 19-21, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-21, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacaq.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma