Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Dənizdən 9 nəfərin cəsədi çıxarılıb
Son xəbərlər

Dənizdən 9 nəfərin cəsədi çıxarılıb

Livan dənizçiləri bu ölkənin şimalında yerləşən Tripoli limanının yaxınlığında dənizdən 9 qeyri-leqal miqrantın cəsədini çıxarıblar.
AZƏRTAC rəsmi NNA agentliyinə istinadla xəbər verir ki, Tripoli limanının rəisi Əhməd Tamer içərisində 60 miqrantın olduğu və Kiprə yollanan qayığın batdığını bildirib. Onun sözlərinə görə, 28 nəfər livanlı hərbi dənizçilər tərəfindən xilas edilib, 23 miqrant isə itkin düşüb. Hazırda itkin düşmüş şəxslərin axtarışı davam edir.
Livanın Qırmızı Aypara Cəmiyyəti bildirib ki, qayıqda olan miqrantlar Afrika və Yaxın Şərq ölkələri, o cümlədən Livan vətəndaşları olublar.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma