Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Sosial » İmtahandan uğurla keçən taksi sürücülərinin sayı məlum oldu
Sosial

İmtahandan uğurla keçən taksi sürücülərinin sayı məlum oldu

Taksi minik avtomobili sürücüləri, həmçinin ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün imtahan keçirilib.


Bu barədə TRENDX.AZ-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak etmək üçün ümumilikdə 1840 namizəd qeydiyyatdan keçib. Onlardan 1735 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1317 namizəd (taksi – 1122, ÖSD – 47, ÖYD - 148)tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası avqustun 7 və 10-da saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında fəaliyyət göstərəcək.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma