İyul ayının 25-də II və III ixtisas qrupları üzrə (cari ilin məzunları üçün) keçirilmiş qəbul imtahanının nəticələri elan olundu. Tələbə Qəbulu üzrə Dövlət Komiussiyasının mətbuat xidmətindən TRENDX.AZ-ə verilən məlumata görə, abituriyentlər öz imtahan nəticələri ilə TQDK-nın internet saytında (tqdk.gov.az) və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər. İxtisas seçimi bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.
Şərhlər