Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Sosial » Azərbaycanda bu imtahanda iştirak qiyməti 60 manat oldu
Sosial

Azərbaycanda bu imtahanda iştirak qiyməti 60 manat oldu

Müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği təsdiq edilib.


TRENDX.AZ xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qeyd olunub ki, müsabiqədə iştirak etmək üçün ödənişin məbləği 60 (altmış) manat müəyyən edilib.

Xatırladaq ki, bu il yanvarın 15-də Prezident İlham Əliyev "Ümumi təhsil haqqında" qanuna dəyişiklikləri təsdiqləyib. Bununla da müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilən müsabiqədə iştirakı ödənişli olub.

Bu ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma