Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Sosial » Tərkibində təhlükəli maddə aşkarlanan kəsmiklə bağlı RƏSMİ AÇIQLAMA
Sosial

Tərkibində təhlükəli maddə aşkarlanan kəsmiklə bağlı RƏSMİ AÇIQLAMA

"Belarusdan "Savuşkin Produkt" və "Smoleviçi Moloko" müəssisəsinin istehsalı olan süd məhsullarında aşkar edilmiş uyğunsuzluq barədə yayılan məlumatlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırılıb".


TRENDX.AZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə qurumdan cavab verilib.

Qeyd olunub ki, Belarusdan Rusiyaya ixrac olunan "Savuşkin Produkt" və "Smoleviçi Moloko" müəssisəsinin istehsalı olan kəsmik məhsulları laborator analiz nəticələrinə əsasən, baytarlıq preparatlarının qalıq miqdarına görə normativ sənədlərin tələblərinə cavab verməyib:

"Rusiya Federasiyasında həmin müəssisələrin süd məhsulları üzərində nəzarət tədbirləri gücləndirilib. Cari il ərzində "Smoleviçi Moloko" müəssisəsi tərəfindən ölkəmizə süd məhsulları idxal edilməyib. Lakin "Savuşkin Produkt" müəssisəsindən ölkəmizə yeddi çeşid süd məhsulu gətirilib. Cari ilin ötən dövrü ərazində riskəsaslı yanaşma tətbiq edilməklə, həmin məhsullar laborator müayinələrə cəlb olunub. Sınaq nəticələrində hər hansı uyğunsuzluq aşkarlanmayıb. Bununla belə Agentlik tərəfindən satışda olan və idxal üçün müraciət edilən "Savuşkin Produkt"un bütün süd məhsullarından nümunələr götürülərək müvafiq parametrlər üzrə laborator müayinələrdən keçiriləcək".

Xatırladaq ki, Belarusun tanınmış şirkətinin istehsal etdiyi kəsmiyin tərkibində təhlükəli maddə aşkarlanmışdı.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma