Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Mədəniyyət » Dövlət idarələrinin bəzi avtomobillərinin satınalınmasına icazə verilməyəcək
Mədəniyyət

Dövlət idarələrinin bəzi avtomobillərinin satınalınmasına icazə verilməyəcək

Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" qərarında dəyişiklik edilib.
"Report"un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklə qərara yeni bənd əlavə edilib. Yeni bəndə əsasən Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) tərəfindən nəqliyyat vasitələrinin satınalınması zamanı istifadə edilmiş (istismar olunmuş) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin satınalınmasına yol verilmir.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma