Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Mədəniyyət » Bu küçədə sürücülər üçün tələ var- Diqqətli olun! - VİDEO
Mədəniyyət

Bu küçədə sürücülər üçün tələ var- Diqqətli olun! - VİDEO


Bakıda qanunsuz quraşdırılmış yol nişanı sürücüləri çaşdırır və onların cərimələnməsi ilə nəticələnir. Carlife.Az xəbər verir ki, paytaxtın Əhməd Rəcəbli küçəsində quraşdırılan geriyə dönmə nişanı bildirir ki, qarşıda iki dönmə yeri var. Öncə qeyd edək ki, quraşdırılan nişan 5.11.2 nişanıdır. Əslində nişan qanunvericiliyə görə bu cür nəzərdə tutulmayıb. Yol nişanlarının siyahısında dərc edilmiş 5.11.2 nişanındakı ikinci geriyə dönmə yeri mütləq metrlə göstərilməlidir. Lakin Əhməd Rəcəbli küçəsindəki nişanın üzərində ikinci geriyə dönmə yeri metrlə göstərilməyib.

Daha bir yanlışlıq ondadır ki, məlumatverici göstərici nişan qarşıda ikinci geriyə dönmə yerinin olduğunu bildirsə də, ondan sonra quraşdırılan 3.19 nişanı geriyə dönməni qadağan edir.
Sürücülər isə oradan geriyə dönən zaman yol polisləri onları saxlayaraq cərimələyir.

Qeyd edək ki, geriyə dönmənin qadağan olduğunu bildirən 3.19 nişanı geriyə dönüləcək yerin bilavasitə qarşısında quraşdırılmalıdır. Amma videodan da aydın şəkildə görünür ki, nişan geriyə dönmə yerindən azı 50-100 metr geridə quraşdırılıb.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma