Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Mədəniyyət » Bakıda beş avtomobil toqquşdu: sürücülər arasında dava düşdü - ANBAAN VİDEO
Mədəniyyət

Bakıda beş avtomobil toqquşdu: sürücülər arasında dava düşdü - ANBAAN VİDEO

Bakıda beş avtomobil toqquşdu: sürücülər arasında dava düşdü - ANBAAN VİDEO


Bakıda baş vermiş qəza anı kameraya düşüb.

Avtosfer.az xəbər verir ki, hadisə aeroport yolunda baş verib.

Sol zolaqla hərəkət edən “Subaru” markalı avtomobil qəza işıqlarını yandırıb və asta sürətlə hərəkət edib. Bu zaman “Toyota” markalı avtomobilin sürücüsü sürəti azaldaraq, ona yaxınlaşıb və irad bildirib.

Elə bu anda arxadan gələn “Hyundai” markalı avtomobil “Subaru”ya dəyib. Zərbənin gücündən “Subaru” “Toyota”ya çırpılıb. Digər avtomobil isə “Toyota”ya dəyib. Bütün bu hadisələrin fonunda beşinci avtomobil son anda yüngül toqquşma ilə qəzadan qurtulub.

Bir anın içində avtomobillərdən düşən sürücü və sərnişinlər “Toyota” markalı avtomobilə tərəf qaçıb və sürücünü döyməyə başlayıblar. Magistral yolun ortasında bir neçə şəxs davaya qarışıb. Sonda ərtafdakı digər avtomobillərin sürücüləri onları ayırıblar.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma