Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Mədəniyyət » Bakıda sərxoş sürücü 7 qonşunun avtomobilini əzdi – FOTO
Mədəniyyət

Bakıda sərxoş sürücü 7 qonşunun avtomobilini əzdi – FOTO

Bakıda sərxoş sürücü 7 qonşunun avtomobilini əzdi – FOTO


Bakının Binəqədi rayonunda sərxoş sürücü 7 qonşunun avtomobilini əzib.

BAKU.WS APA-ya istinadən məlumatına görə, hadisə Atatürk prospekti, 65 ünvanında baş verib.

"Hyundai” markalı avtomobilin sürücüsü Rasim Kazımov öz avtomobili ilə sərxoş vəziyyətdə evinə gəlib.

O, binanın həyətində avtomobilini park etmək istəyərkən qonşulara məxsus nəqliyyat vasitələrini əzib. Hadisə nəticəsində 7 avtomobilə ciddi ziyan dəyib.

Qonşulardan birinə məxsus "Nissan” markalı avtomobil zərbənin gücündən həyətin küçə divarını dağıdıb. Dağılan divar isə yol kənarında dayanmış "Toyota Prado” markalı avtomobilin üstünə düşüb.

Qəzanı törədən sürücü Rasim Kazımov xəsarət alıb. Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları gəlib.

Sərxoş sürücü əvvəlcə tibbi yardım üçün xəstəxanaya, daha sonra isə polis idarəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.
Bakıda sərxoş sürücü 7 qonşunun avtomobilini əzdi – FOTO
Bakıda sərxoş sürücü 7 qonşunun avtomobilini əzdi – FOTO
Bakıda sərxoş sürücü 7 qonşunun avtomobilini əzdi – FOTO
Bakıda sərxoş sürücü 7 qonşunun avtomobilini əzdi – FOTO
Bakıda sərxoş sürücü 7 qonşunun avtomobilini əzdi – FOTO
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma