Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Mədəniyyət » Ferrari kabriolet LaFerrari təqdim edib
Mədəniyyət

Ferrari kabriolet LaFerrari təqdim edib

Ferrari kabriolet LaFerrari təqdim edib


Ferrari kabriolet LaFerrari təqdim edib
“Ferrari” şirkəti damı açıq yeni hiperkarının dizaynının sirrini açdı. Avtomobilin şəkilləri brendin rəsmi “Twitter” səhifəsində yerləşdirilib. Avtomobil “LaFerrari Spider” adlandırılıb. O, 2017-ci ildən məhdud tirajla - 150 ədəd olmaqla satışa çıxarılacaq. Avtomobilin qiyməti 3,5 milyon avrodan başlayacaq. Hazırda müştərilər sifariş verməyə başlayıblar.

Yeniliyin dizaynı, demək olar ki, eyni adlı kupeni təkrarlayır. Əsas fərq damın olmamasıdır. Yeniliyin texniki hissəsi barədə məlumat verilmir. Lakin güman etmək olar ki, o, kupe “LaFerrari”-nin mühərrikini alacaq. Çox güman ki, yeniliyi 6,3-litrlik benzin V12 mühərriklə və elektrik mühərriki ilə təchiz edəcəklər. Hiperkarın ümumi gücü 950 a.g.-dən çox olacaq.

“LaFerrari” 2013-cü ildə təqdim edilmişdi və “Enzo” modelinin ideoloji varisi idi. Sələfindən fərqli olaraq, “LaFerrari” hibrid güc qurğusu ilə təchiz edilib.

Ferrari kabriolet LaFerrari təqdim edib
Ferrari kabriolet LaFerrari təqdim edib
Ferrari kabriolet LaFerrari təqdim edib
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma