Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Mədəniyyət » Azərbaycanda onlayn avtomobil hərracları keçiriləcək
Mədəniyyət

Azərbaycanda onlayn avtomobil hərracları keçiriləcək

Azərbaycanda onlayn avtomobil hərracları keçiriləcək


Azərbaycanın sığorta şirkətləri yol qəzası nəticəsində yararsız vəziyyətə düşmüş və balanslarına götürdükləri avtomobilləri onlayn hərracda sata biləcək. Bu barədə "Report"a açıqlamasında avtomobilərə dəymiş zərərin qiymətləndilməsi ilə məşğul olan "Audatex-Azerbaijan" şirkətinin icraçı direktoru Zakir Kərimzadə bildirib.

Onun sözlərinə görə, təmsil etdiyi şirkətin bu xidməti tezliklə Azərbaycan bazarına təqdim ediləcək: "Söhbət "auto-online" xidmətindən gedir. Sığorta şirkətləri məhv olmuş ("total loss") avtomobilləri bizə təqdim edə biləcək. Bizim şirkət onlara baxıb qiymətləndirəcək və onlayn rejimdə, xüsusi hazırlanmış saytda satışa çıxaracaq. Təbii ki, hərrac qaydalarına uyğun olaraq ən yüksək qiyməti təklif edən şəxslər həmin maşınları ala biləcəklər".

Bununla yanaşı, tətbiqi planlaşdırılan yeni xidmət təkcə sığorta şirkətləri üçün nəzərdə tutulmayıb. Z.Kərimzadə bildirib ki, istənilən idarə, müəssisə və təşkilat avtomobil parkındakı köhnə nəqliyyat vasitələrini onlayn hərraca çıxara biləcək.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma