Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Mədəniyyət » Azərbaycanda ən çox və ən az satılan avtomobillər - SİYAHI
Mədəniyyət

Azərbaycanda ən çox və ən az satılan avtomobillər - SİYAHI

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda qeydiyyatda olan minik avtomobillərinin sayı 1 349 307 ədəd olub.
Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, son bir ildə ölkədə minik avtomobillərinin sayı 6,7% və ya 84 765 ədəd artıb.
Azərbaycanda insanlar ən çox VAZ markalı minik avtomobillərindən istifadə edirlər. VAZ-lardan sonra ən çox istifadə olunan avtomobil markası "Mercedes-Benz" hesab olunur. Çox istifadə olunan minik avtomobillərin sırasında növbəti yerlərdə "Hyundai", "Toyota", "Opel", KİA, "Chevrolet" və "Nissan" qərarlaşıb.
Ən az istifadə olunan avtomobil isə "Tatra" və "Chrysler" markalı avtomobillər olub. Bundan başqa ölkədə 17 ədəd "Oldsmobil", 23 ədəd "Talbot", 24 ədəd "Asiya", 31 ədəd "Datsun", 60 ədəd "Saab", 91 ədəd "Rover", 110 ədəd "Buick" avtomobilinin olduğu bildirilir.
Açıqlanan məlumatlardan belə görünür ki, son bir ildə Azərbaycanda "Toyota" və "Chevrolet" avtomobillərinin satışı daha çox artıb. Son bir ildə qeydiyyata alınan avtomobillərin 32,5% və ya 27 560 ədədi bu iki markanın payına düşüb.
Onu da qeyd edək ki, ölkədə qeydiyyatda olan avtomobillərin 91,1%-i benzin, 8,2%-i dizel, 0,7%-i isə qaz ilə işləyir.
Son 5 ildə Azərbaycanda qeydiyyatda olan minik avtomobillərindən bəzilərinin sayı bu cür olub:
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma