Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Maraqlı / Lifestyle » İrsən az yaşayan insanların ömrünü uzatmağın yolları tapılıb
Maraqlı / Lifestyle

İrsən az yaşayan insanların ömrünü uzatmağın yolları tapılıb

Alimlər irsən az yaşayan insanların ömrünü necə uzatmağın yollarını tapıblar.

Bu barədə San Dieqodakı (ABŞ) Kaliforniya Universitetinin tədqiqatçıları "Journal of Aging and Physical Activity" jurnalında məqalə dərc ediblərr.

Onlar müəyyən ediblər ki, müntəzəm fiziki fəaliyyət olmasa uzunömürlülük genlərinin heç bir xeyri olmaya bilər və əksinə, bu cür genlərə sahib olmayanlar idman etməklə daha uzun yaşaya bilərlər.

Əvvəlki araşdırmalardan bilinirdi ki, aşağı fiziki aktivlik və oturaq həyat tərzi ölüm riskini artırır. Ancaq uzun ömür geninin riski dəyişib-dəyişmədiyi bilinmirdi.

Bu məqsədlə Qadın Sağlamlığı Təşəbbüsünün Fiziki Fəaliyyət və Ürək-Damar Sağlamlığının Obyektiv Tədqiqatı (OPACH) 63 yaş və daha yuxarı yaşlı 5400-dən çox amerikalı qadınının fiziki fəaliyyətini ölçməyə başladı. İştirakçılar hərəkətdə nə qədər vaxt keçirdiklərini, fiziki fəaliyyətlərinin intensivliyini və oturarkən sərf etdikləri vaxtı ölçmək üçün yeddi günə qədər xüsusi pedometrlə gəzdilər.

Məlum oldu ki, uzun müddət davam edən orta və güclü məşq ölüm riskini azaldır. Oturaq həyat tərzi isə iştirakçıların yaşından və uzunömürlülük üçün genetik meylindən asılı olmayaraq ölüm riskini artırıb.(oxu.az)

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma