Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Maraqlı / Lifestyle » Telefonunun şarjı tez bitənlərə şad xəbər
Maraqlı / Lifestyle

Telefonunun şarjı tez bitənlərə şad xəbər

Böyük Britaniyanın Esseks Universitetinin mühəndisləri smartfonun batareyasının ömrünü 30%-ə qədər artıran "EOPtomizer" proqramını yaradıblar.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə ali təhsil ocağının saytında məlumat verilib.

Layihəyə Universitetin Kompüter Elmləri və Elektron Mühəndisliyi Məktəbindən Amit Sinqh rəhbərlik edib. Tətbiqin hazırlanmasına "Samsung", "Microsoft" və "HCL Technologies" şirkətlərinin keçmiş əməkdaşları cəlb olunub.

Məlumata görə, "EOPtomizer" tətbiqi smartfonda çipin işini optimallaşdırmaq üçün süni intellekt və maşın öyrənmə texnologiyasından istifadə edir. Tətbiq aşağı sürəti olan proqramlardan istifadə edərkən prosessorun işini məhdudlaşdırmağa və yükü azaltmağa qadirdir.

"Ümid edirik ki, bu proqram istifadəçilərin həyatını yaxşılaşdıracaq, pula qənaət edəcək və ətraf mühitin qorunmasına yardımçı olacaq", - deyə Sinqh bildirib.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma