Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Maraqlı / Lifestyle » Hamam otağında bunu etmək olmaz
Maraqlı / Lifestyle

Hamam otağında bunu etmək olmaz

Hamam otağında hətta suya davamlı smartfonlardan istifadə cihazın daxilində qısaqapanmaya və onun xarab olmasına səbəb bilər.

Lent.az "Gazeta.ru" saytına istinadən xəbər verir ki, bu barədə Roskaçestvo Rəqəmsal Ekspertiza Mərkəzinin rəqəmsal məhsulların sınaqdan keçirilməsi üzrə baş mütəxəssisi Sergey Kuzmenko bildirib.

"Müasir smartfon modelləri IP68 standartına uyğun olaraq nəm və tozdan qorunur. Bu standart, hətta kiçik, qısamüddətli suya batırılma üçün də əksər hallarda cihaza suyun daxil olmasını əngəlləyir",-deyə o bildirib.

Smartfonu hamama apararkən, kəskin temperature fərqi yarandığından problem yaşanır.

Onun sözlərinə görə, cihazın qorunma standartlarının bu cür əməliyyat üçün nəzərdə tutulmadığını nəzərə almaq lazımdır.

"Cihazın içərisində nəmin əmələ gəlməsi ehtimalı yüksəkdir. Bu, əlbəttə ki, əsas detalın qısaqapanmasına səbəb olacaq. Bu asanlıqla təmir edilə bilən bir hal deyil",-deyə Kuzmenko xəbərdarlıq edib.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma