Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Maraqlı / Lifestyle » Notbukun üzərinə su dağılarsa…
Maraqlı / Lifestyle

Notbukun üzərinə su dağılarsa…

Cəld hərəkətə keçsəniz, üzərinə su dağılmış notbuku xilas etmək mümkündür.

Bu barədə "Business Insider"də tövsiyələr dərc olunub.

Bildirilir ki, belə bir hadisə baş verdikdə cihazı dərhal söndürmək, şəbəkədən ayırmaq, sonra isə notbuku açmaq və onu tərsinə çevrilmiş "V" şəklində düz bir səthə qoymaq lazımdır.

Notbukun üzərinə su dağılarsa…"Bu vəziyyətdə içəriyə axmağa vaxt tapmış istənilən maye klaviaturadan, havalandırma və başqa dəliklərdən axacaq. Onu bu vəziyyətdə qoyaraq, suyun öz-özünə çıxış yolunu tapmasına imkan verin. Su sızdıqca onu vaxtında silin", - deyə portaldan məsləhət görülür.

Notbukun üzərinə su dağılarsa…Notbuku qurutmaq üçün salfetlər və ya kağız dəsmallardan istifadə etmək təklif olunur, kiçik hissələr və dəliklər üçün isə pambıq başlı çöplər yaxşıdır.

Notbukun üzərinə su dağılarsa…Bütün su boşaldıqdan sonra, notbukun qapağını açmaq, batareyanı çıxarmaq (dəyişəbiləndirsə) və onu qurutmaq lazımdır. Mümkün olduqca digər hissələr də diqqətlə qurudulmalıdır.

Notbukun üzərinə su dağılarsa…"Ancaq belə bir imkan yoxdursa və ya onların üzərində plomblar varsa, mümkün problemlərin diaqnozu üçün cihazı xidmət mərkəzinə aparmaqdan başqa yol yoxdur", - deyə portaldan vurğulanıb.(oxu.az)

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma