Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Maraqlı / Lifestyle » Gilas və albalının insan orqanizminə inanılmaz faydası açıqlanıb
Maraqlı / Lifestyle

Gilas və albalının insan orqanizminə inanılmaz faydası açıqlanıb

Gilas və albalı yuxuya daha sürətli getməyə, yuxu keyfiyyətini yaxşılaşdırmağa və müddətini artırmağa kömək edir.

Bu barədə rusiyalı dietoloq, tibb elmləri doktoru Mixail Qinsburq danışıb.

O, bunu hər iki giləmeyvənin tərkibində olan melatoninlə əlaqələndirib.

"Bu, həmçinin bədəndə serotonin və melatoninin xəbərçisi olan triptofan amin turşusu ilə də əlaqədardır", - deyə Qinsburq əlavə edib.

Həkimin sözlərinə görə, gilas və albalı yemək iltihabın ümumi təzahürlərindən qoruyur, insan gəncliyini, enerjisini daha uzun müddət saxlayır, beyin fəaliyyəti yaxşılaşır. Bundan əlavə, bu meyvələr ürəyə, qan damarlarına, oynaqlara müsbət təsir göstərir, həmçinin onkoloji xəstəliklərin qarşısının alınması vasitəsi ola bilər. Bu məhsullar vitamin və minerallarla zəngindir, məsələn, onların tərkibində çoxlu "B" vitamini və maqnezium var.

Faydalı xüsusiyyətlərə baxmayaraq, həkim bir dəfəyə 300-400 qramdan çox gilas və ya albalı yeməməyi tövsiyə edir.(oxu.az)

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma