Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Maraqlı / Lifestyle » Gündə 1-2 diş sarımsaq yeyirsinizsə...
Maraqlı / Lifestyle

Gündə 1-2 diş sarımsaq yeyirsinizsə...

Sarımsağın faydaları insanlara qədim zamanlardan məlumdur. İltihab, virus, mikrob və qurd əleyhinə xüsiyyətlərə malik olan bu təbii dərman dünyanın bütün mətbəxlərində istifadə olunur.

Çin alimlərin sarımsağı xoşlamaq üçün növbəti səbəb aşkar ediblər. Araşdırmalar göstərib ki, hər gün 1-2 diş çiy sarımsaq yeyən insanda ağciyər xərçənginin riski 44% azalır.

Bu xüsusilə siqaret çəkən insanlar üçün vacibdir. Statistika göstərir ki, ağciyər xərçəngi 80-90% hallarda siqaret çəkən insanlarda inkişaf edir. Çin alimləri aşkar ediblər ki, siqaret çəkən və eyni zamanda tez-tez çiy sarımsaq yeyən insanlarda ağciyər xərçənginin riski 30% qədər azalır.
Ətraflı

Alimlərin fikrinə görə, sarımsağın xərçəngəleyhinə təsirinin səbəbi tərkibində çoxlu miqdarda allisin maddəsinin olmasıdır. Sübut olunub ki, bu maddə güclü iltihab əleyhinə və antioksidant təsirlərə malikdir.

Alimlər ağciyər xərçənginin profilaktikası məqsədi ilə hər gün 1-2 diş çiy sarımsaq yeməyi tövsiyə edirlər.

Çin alimlərinin araşdırmalarının nəticələri Cancer Prevention Research jurnalında dərc olunub.(milli.az)

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma