Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Maraqlı / Lifestyle » Yaxşı əti necə seçmək lazımdır? MƏSLƏHƏTLƏR
Maraqlı / Lifestyle

Yaxşı əti necə seçmək lazımdır? MƏSLƏHƏTLƏR

1. Cavan heyvanın əti daha dadlı olur.

2. Yalnız təzə ət alın. Belə ət daha dadlı və faydalıdır, onun tərkibində olan bütün faydalı maddələr saxlanılır.

Dondurulmuş ət almayın - onun keyfiyyətli olub-olmadığını təyin etmək çətindir. Bundan əlavə dondurulmuş ət öz faydalı xüsusiyyətlərini qismən itirir.

3. Əti tanış, etibar qazanmış satıcılardan alın.

4. İlk növbədə ətin rənginə fikir vermək lazımdır. Yaxşı mal əti açıq qırmızı rəngdədir. Yaxşı qoyun əti mal ətindən bir az tünd olur.

Ətin rəngi tünd qırmızıdırsa, bu o deməkdir ki, heyvan qoca olub. Belə ətin dadı yaxşı olmur.

5. Ətin piyinə də fikir verin. Yaxşı mal ətinin piyi ağ rəngdə, qoyun ətinin krem rəngində olmalıdır. Qoca heyvanların piyi tünd sarı rəngdə olur.

6. Ətə əl vurun. Ət çox yumşaq, boş olmamalıdır, elastik olmalıdır.

7. Əti barmaqlarınızla sıxın. Əmələ gələn batıq dərhal düzəlməlidir.

8. Yaxşı ət quru olur, əllərə yapışmır, selikli olmur.

9. Ətin xoş iyi olmalıdır. Əlavə iylərin olması (turş və s.) yolverilməzdir.(milli.az)

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma