Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Maraqlı / Lifestyle » Nənələr nə üçün nəvələrini övladlarından çox sevirlər? - ARAŞDIRMA
Maraqlı / Lifestyle

Nənələr nə üçün nəvələrini övladlarından çox sevirlər? - ARAŞDIRMA

Belə bir fikir var ki, nənələr nəvələrini övladlarından çox sevirlər. Emori Universitetinin amerikalı alimləri bu tezisin elmi əsaslara malik olduğunu sübut ediblər.

Onların araşdırmalarının nəticələri "Proceedings of the Royal Society B: Biological Sciences"jurnalında dərc olunub.

3-13 yaş arasında ən azı bir nəvəsi olan 50 qadının iştirak ilə eksperiment aparılıb. Alimlər tədqiqat iştirakçılarından nəvələrinin, uşaqlarının fotolarına və yad adamların şəkillərinə baxmağı xahiş ediblər. Paralel olaraq tədqiqatçılar MRT vasitəsilə nənələrin beyinlərinin işini izləyiblər.

Məlum olub ki, uşaq və nəvə fotoları nənələrin başında müxtəlif reaksiyalara səbəb olur.

Nəvələrin fotoları beynin emosional empatiya ilə əlaqəli sahələrini, uşaqların şəkilləri isə idrakı aktivləşdirir.

Belə çıxır ki, nənələrin nəvə hissləri sözün əsl mənasında "özlərindən" keçir, uşaqların hissləri isə ağılla başa düşülür.

Emosional empatiya ilə insan digəri kimi hiss edə bilir, koqnitiv empatiya ilə isə insan öz hisslərini başa düşə və onların səbəblərindən xəbərdar ola bilir. Yəni nəvələr sevinəndə nənələr də sevinc yaşayır və s. Üstəlik, alimlərin fikrincə, bu, daha dərin emosional əlaqə yaratmağa imkan verən ilk empatiya növüdür.

Alimlər eyni təcrübəni babalarla da etməyi planlaşdırırlar.(publika.az)

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma