Belə bir deyim var: uşaqla gedilən tətil təli deyil. Çünki uşaqla səyahətə çıxmaq tam fərqli bir ab-hava yaradır. belə ki, gəzinti boyunca onun sağlamlığının, yeyib-içdiyinin qayğısına qalacaqsınız.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, böyüklər üçün tətil dincəlmə, yenilik demək olduğu halda, uşaqlar üçün həmişəki öyrəşdikləri halın dəyişməsi deməkdir.
Bütün qarşılaşa biləcəyiniz xoşagəlməz hallardan qorunmaq üçün tətilə hazırlıqlı olmalısınız:
İlk növbədə uşağın qidalanmasına diqqət edin. Çalışın sağlam qidalar götürün. Ac olanda onlara verə biləcəyiniz sağlam qidaları özünüz də hazırlaya bilərsiniz. Yanınızda meyvə qurusu, çərəz və ya evdə hazırladığınız peçenyelər götürə bilərsiniz.
Yolboyu sizə çoxlu suallar verib, nə vaxt çatacağınızı soruşa bilər. Bunun üçün onun başını qatacaq kitablar və ya oyuncaqlar götürün. Sevdiyi əşyasını unutmayın. Uşaqlar oyuncaqlarının içərisindən birini seçər və ona bağlı olarlar.
Hava dəyişikliyi uşağınızı xəstələndirə bilər. Çalışın soyuqdəyməyə, hərarətə və qarın ağrısına qarşı dərman götürün.
Əgər tətilinizi maşınla edirsinizsə və uşaınız avtomobilə minəndə ürəkbulanması olursa, bunun da çarəsi var. İlk növbədə bunun üçün aptekdən dərman ala bilərsiniz. Əgər dərmanınız yoxdursa, turş meyvə götürün. Yolboyu onu telefona baxmağa qoymayın.