Trendx » İqtisadiyyat » Bu ilin dörd ayı ərzində nə qədər əmlak dövlət qeydiyyatına alınıb?

Bu ilin dörd ayı ərzində nə qədər əmlak dövlət qeydiyyatına alınıb?

Bu ilin dörd ayı ərzində nə qədər əmlak dövlət qeydiyyatına alınıb?
İqtisadiyyat
23:25, 14 май 2026
5
0

Bu ilin yanvar-aprel ayları ərzində 115.613 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.


TRENDX.AZ xəbər verir ki, bu barədə Trend-ə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki Qeydiyyata alınan mülkiyyət hüququnun 21.584-ü (18,7 %) ilkin, 94.029-u (81,3 %) isə təkrar qeydiyyatın payına düşür.

Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası

2026-cı ilin yanvar-aprel ayları ərzində fərdi yaşayış və bağ evi üzərində – 24.821, mənzil – 28.300, torpaq sahəsi – 58.093, qeyri-yaşayış binası – 1.072, qeyri-yaşayış sahəsi – 3.096, əmlak kompleksi – 196 və çoxmərtəbəli yaşayış binaları üzərində – 35 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 31.544-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Texniki pasport və ipoteka müqavilələrinin sayı

Bu ilin yanvar-aprel ayları ərzində 80.383 texniki pasport tərtib edilib, 19.566 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Ctrl
Enter
Заметили ошЫбку
Выделите текст и нажмите Ctrl+Enter
Обсудить (0)