Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Hadisə » Bərgüşadçay su anbarı ilə bağlı 130 milyon manatlıq LAYİHƏ
Hadisə

Bərgüşadçay su anbarı ilə bağlı 130 milyon manatlıq LAYİHƏ

Bərgüşadçay su anbarının tikintisinin ikinci mərhələsi çərçivəsində yeni iri layihə icra olunacaq.

TRENDX.AZ-in əldə etdiyi məlumata görə, layihəni Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti həyata keçirəcək.

130,37 milyon manat sərf olunacaq layihə çərçivəsində əsas işlərdən biri uzunluğu təxminən 18 kilometr olan, diametri 2,6 metr təşkil edən böyük polad su kəmərinin çəkilməsidir. Boru xəttinin müxtəlif hissələrində xəndəklərin qazılması, boruların quraşdırılması, izolyasiya işləri, əks doldurma və sınaqların aparılması nəzərdə tutulur.

Bundan başqa, layihə üzrə su kəmərinin keçəcəyi ərazilərdə istismar yolunun salınması, boruların alt hissəsinin qum-çınqıl qatları ilə hazırlanması və ərazinin əvvəlki vəziyyətinə gətirilməsi kimi işlər də həyata keçiriləcək.

Qeyd edək ki, layihənin həyata keçirilməsi nəticəsində Bərgüşadçay su anbarından təsərrüfatlara suvarma suyunun daha səmərəli çatdırılması təmin edilə, kənd təsərrüfatında su təminatının yaxşılaşdırılmasına və əkin sahələrinin suvarılma imkanlarının genişləndirilməsinə şərait yarana bilər.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma