Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » İdman » Türkiyə çempionatında oynayan futbolçu "Qəbələ"də
İdman

Türkiyə çempionatında oynayan futbolçu "Qəbələ"də

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin "Apollon"la (Kipr) ilk oyununun hazırlıqlarını Bakıda davam etdirən "Qəbələ” növbəti transferini gerçəkləşdirib.

"Qəbələ” futbol klubunun mətbuat xidmətindən TRENDX.AZ-ə verilən məlumata görə, bunadək 11 futbolçunu - Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub, Sergey Zenyov, Aleksey Antonov, Georgi Floresku, Vojislav Stankoviçi və Vadim Abdullayevi heyətinə qatan "qırmızı-qaralar” daha bir transferi reallaşdırıb. Komandamız bosniya və herseqovinalı futbolçu Ermin Zetslə 1+1 illik müqavilə imzalayıb. 27 yaşlı hücumçu "Qəbələ”yədək vətənində "İskra” (Buqoyno, 2006-2007), Xorvatiyada "Sibenik” (2007-2010)və "Riyeka"(2014), Türkiyədə "Gənclərbirliyi" (2010-2014), "Balıkəsirspor" (2015) klublarında çıxış edib.

Futbolçu Bosniya və Herseqovinanın gənclər və əsas yığmasının da şərəfini qoruyub. 2007-2009-cu illərdə U-21-də 5 oyuna çıxan hücumçu əsas millidə 2008-ci ildə debüt edib. Bu komandada 9 matçda iştirak edən Ermin yeganə qolunu 2010-cu ildə İsveçlə yoldaşlıq oyununda vurub.

Azad Əliyev

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma