"Real Madrid" onunla müqaviləni uzatmaq istəyir
İdman
Müdafiəyönümlü yarımmüdafiəçi Orelyen Tçuameni böyük ehtimalla Madrid "Real"ı ilə müqaviləsini uzadacaq.
TRENDX.AZ xəbər verir ki, u barədə "Footmercato" məlumat yayıb.
Futbolçu Madrid klubunu tərk etməyi planlaşdırmır və "kral klubu" ona yeni müqavilə təklif etmək niyyətindədir.
"Real"ın məşqçilər heyəti Tçuamenini komandanın vacib oyunçusu kimi görür. Qeyd olunur ki, klub yarımmüdafiəçinin maaşını da nəzərəçarpacaq dərəcədə artırmağa hazırdır.
Bu mövsüm fransız futbolçu bütün turnirlərdə 45 oyunda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
"Transfermarkt" portalına görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.
Əlaqəli keçidlər:
Həmçinin oxuyun:
UEFA Çempionlar Liqası: Son yarımfinalçılar bilinəcək
Avtomobillərin icbari sığortasında YENİ DÖVR - Bəzi sürücülərə BÖYÜK GÜZƏŞTLƏR ediləcək
Mənzili olanlara VACİB XƏBƏR: Sığortasız evlərə görə cərimələnə bilərsiniz
Nikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər?
Azərbaycanda "lizinq" ləğv OLUNUR?
Məşhur aktyor "Eşref Rüya"da çəkiləcək
