Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » İdman » Bu gün Qurban Qurbanovun doğum günüdür
İdman

Bu gün Qurban Qurbanovun doğum günüdür

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun doğum günüdür.


TRENDX.AZ xəbər verir ki, Azərbaycan futbol tarixinin ən uğurlu simalarından biri, məşqçi kimi bir çox ilklərə imza atan mütəxəssisin 54 yaşı tamam olur.

Qurban Osman oğlu Qurbanov 13 aprel 1972-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub.

Onun peşəkar karyerası doğma Zaqatalanın "Daşqın" komandası ilə başlayıb. Daha sonra karyerası "Alazani" (Gürcüstan), "Turan" (Tovuz), "Kür-Nur" (Mingəçevir), "Neftçi", "Dinamo" (Stavropol, Rusiya), "Baltika" (Rusiya), "Fakel" (Rusiya), "Neftçi", "Volqa-Qazprom" (Rusiya), "Neftçi" və "İnter" komandalarında davam edib.

1992-2005-ci illərdə Azərbaycan millisində çıxış etmiş Q.Qurbanov 68 oyuna 14 qol vurub.

O, 2008-ci ildən türkiyəli məşqçi Rasim Karanı əvəzləyərək "Qarabağ"a baş məşqçi təyin olunub.

2022-ci il aprelin 13-də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə Qurban Qurbanov "Şöhrət" ordeni ilə təltif edilib.

Qurban Qurbanov evlidir, 3 övladı var.

TRENDX.AZ olaraq, baş məşqçini təbrik edir, ona həyat və karyerasında uğurlar arzulayırıq!

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər 1
Кликните на изображение чтобы обновить код, если он неразборчив
İstifadəçi şəkli
kazimlianar13 апреля 2026 16:38

Trendx.az olaraq, baş məşqçini təbrik edir, ona həyat və karyerasında uğurlar arzulayırıq!

Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma