Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Dünya » Tramp: ABŞ İrandan sonra Kubaya nəzər sala bilər
Dünya

Tramp: ABŞ İrandan sonra Kubaya nəzər sala bilər

ABŞ İranla münaqişəni həll etdikdən sonra Kubaya "nəzər sala" bilər.


TRENDX.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib.

"Biz bunu (İranı - red.) həll edəcəyik və bununla işimizi bitirdikdə Kubaya nəzər sala bilərik", - o bildirib.

Trampın fikrincə, uzun illər boyu pis idarəetmə səbəbindən Kuba tənəzzül içindədir.

Amerika lideri dəfələrlə iddia edib ki, Venesueladan neft tədarükü dayandırıldıqdan sonra Kuba hökuməti və iqtisadiyyatı süquta yaxındır. Fevralın 27-də Tramp bildirib ki, Birləşmiş Ştatlar "Kuba üzərində dostcasına nəzarət qura" bilər.

Daha sonra Havana və Vaşinqton ikitərəfli fikir ayrılıqlarını həll etmək üçün danışıqlar aparıb. Kuba hər iki dövlətin siyasi sistemlərinə və suverenliyinə hörmət və bərabərlik əsasında dialoq aparmağa hazır olduğunu ifadə edib.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma