Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Dünya » İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir
Dünya

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

İrlandiya vətəndaşlıq almaq üçün ölkədə yaşama müddətini beş ildən səkkiz ilə artırmaq niyyətindədir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Irish Times" qəzeti İrlandiyanın Baş naziri Mixol Martinin bəyanatına istinadən məlumat yayıb.

"Vətəndaşlıq məsələləri ilə bağlı təkliflərə gəldikdə isə, bu qərar qaydalarımızı Avropa İttifaqının digər üzv dövlətlərində tətbiq olunan qaydalara yaxınlaşdırmağa imkan verəcək", - M. Martin bildirib.

Onun sözlərinə görə, İrlandiya vətəndaşlığı almaq istəyən hər kəs səkkiz il ərzində ölkədə yaşamalı, iqtisadi cəhətdən özünü təmin etməli, həmçinin ingilis dili və baza irland dili biliyi üzrə testdən keçməli olacaq.

Qeyd edək ki, bir il əvvəl İrlandiya hakimiyyəti pasport almaq üçün ölkədə zəruri yaşama müddətini üç ildən beş ilə artırıb.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma