Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Digər » Valideynlər mütləq buna diqqət etməlidirlər
Digər

Valideynlər mütləq buna diqqət etməlidirlər

Valideynlərin ən çox verdiyi suallardan biri övladlarının danışığının ləngiməsi ilə bağlı olur. "Uşağımın nitqində gecikmə olub-olmadığını necə başa düşə bilərəm?" Hər uşaq fərqli tempdə inkişaf edir, amma bəzi əlamətlər valideyn üçün siqnal ola bilər.


Bu barədə defektoloq-loqoped Fatimə Məmmədova TRTENDX.AZ-a bildirib. Onun sözlərinə görə, bu baxımından valideynlər son dərəcə diqqətli olmalıdırlar.


"1 yaşına yaxın sadə səslər çıxarmırsa, səslərə və adına reaksiya zəifdirsə,

1–1,5 yaş arası "mama", "baba" kimi sadə sözlər demirsə,

2 yaşda söz ehtiyatı çox azdırsa və ya sözlərdən məqsədli istifadə etmirsə,

2–3 yaş arası iki sözdən ibarət sadə cümlələr qurmursa,

Dediklərinizi başa düşməkdə çətinlik çəkirsə və ya sadə tapşırıqları yerinə yetirmirsə

Göz təması zəifdirsə, ünsiyyət qurmağa maraq göstərmirsə,

Daha çox işarə və jestlərlə danışır, amma sözlərdən istifadə etmirsə

Yeni sözləri təkrar edə bilmir və ya yalnız təkrarlayıb mənalı şəkildə işlətmirsə...

Bu əlamətlərdən bir neçəsini müşahidə edirsinizsə, "böyüyəndə düzələr" deyib gözləmək əvəzinə mütəxəssisə müraciət etmək daha doğrudur. Erkən müdaxilə uşağın nitq və ünsiyyət bacarıqlarının inkişafına böyük müsbət təsir göstərir", - deyə mütəxəssis bildirib.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma