Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Digər » "Porsche" "Bugatti"ni 1 milyard avroya satdı
Digər

"Porsche" "Bugatti"ni 1 milyard avroya satdı

"Volkswagen Group"a daxil olan Almaniyanın lüks avtomobil markası "Porsche" "Bugatti" və "Rimac" şirkətlərindəki paylarının satışını tamamlayıb.

Qaynarinfo xəbər verir ki, "Porsche" "Bugatti" markasına nəzarət edən şirkətdəki 45 faizlik, Xorvatiyanın elektrik avtomobili istehsalçısı "Rimac"dakı isə 21 faizlik payını satıb. Sövdələşmə "Porsche"yə 1 milyard avro gəlir gətirib. Alıcı ABŞ-ın "HOF Capital" fondu başda olmaqla investorlar konsorsiumu olub.

"Bugatti Rimac" 2021-ci ildə "Porsche" ilə "Rimac"ın birgə müəssisəsi kimi yaradılıb. Bu çərçivədə "Bugatti"yə nəzarət "Rimac"a verilib. Cari ilin aprelində "Porsche" bu şirkətlərdəki paylarını satacağını açıqlamışdı.


"Reuters"in yazdığına görə, aktivlərin satışı "Porsche"yə əsas biznesinə diqqəti cəmləşdirməyə kömək etməlidir. Buna Çində şirkətin avtomobillərinə tələbin azalması və elektrik avtomobillərinin istehsalına keçid strategiyasının uğursuz olması səbəb olub.

2025-ci ilin sentyabrında "Porsche" yeni elektrik avtomobilləri seriyasının planlaşdırılan buraxılışından imtina edəcəyini və elektrik avtomobilləri üçün proqram təminatı platformasının hazırlanmasını daha sonrakı tarixə keçirəcəyini açıqlamışdı.

Həmin vaxt bildirilirdi ki, strategiyanın dəyişdirilməsi ilə bağlı xərclər şirkətə 4,7 milyard avroya başa gələcək.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma