Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Digər » Sabah Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır
Digər

Sabah Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır

Qısa fasilədən sonra Bakı bulvarı yenidən maraqlı və zövqlü bir layihəyə ev sahibliyi edir. Fərqli konsepsiyada təqdim olunan Caz və Şərab Festivalı nəfis caz musiqisi ilə qastronomiyanı bir araya gətirir.


24 aprel – 3 may tarixlərində, düz 10 gün Dənizkənarı Milli Park ərazisində açıq səma altında keçiriləcək festival ziyarətçilərə zəngin proqram təqdim edəcək. Tədbir çərçivəsində yüksək səviyyəli caz ifaları, zərif qastronomik təcrübələr və seçilmiş şərab nümunələri bir məkanda təqdim olunacaq.

Festivalın əsas məqsədi Azərbaycanın özünəməxsus caz ənənələrinin yaşadılması, gənc istedadlara dəstək verilməsi, caz musiqisinin daha geniş auditoriyaya çatdırmaqdır.

Əgər indiyə qədər caz konsertləri qapalı məkanlarda məhdud auditiriya üçün nəzərdə tutulurdusa indi bulvara gələn hər kəs bu musiqinin sədalarını eşidə biləcək.

Hər gün üçün xüsusi proqram hazırlanıb. Bununla yanaşı, Azərbaycanın zəngin şərabçılıq ənənələri təqdim olunacaq, yerli istehsalçıların məhsulları nümayiş etdiriləcək, dequstasiyalar və master-klasslar təşkil ediləcək.

Festival Dövlət Kukla Teatrı yaxınlığında, ənənəvi yarmarka ərazisində keçirilir.

Tədbir hər gün saat 13:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Hər axşam saat 19:00-dan etibarən açıq səma altında canlı konsert proqramları təşkil olunacaq.

Festivalın keçirildiyi məkana və konsert ərazisinə giriş sərbəstdir, yalnız səhnəyə yaxın xüsusi zonalara biletlə daxil olmaq mümkündür.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma