Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Rusiyalı piyada getmək istəmədiyi üçün maşın oğurlayıb
---

Rusiyalı piyada getmək istəmədiyi üçün maşın oğurlayıb

Rusiyanın Voloqda şəhərində tənbəllik ucbatından avtomobilləri oğurlayan şəxs həbs edilib.
Belə ki, ötən gün həyətdən oğurlanan "VAZ-2107" markalı avtomobilin sahibi polisə şikayət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirərək şübhəlini saxlayıblar.
O, əməlini etiraf edib. Kişi bildirib ki, hadisədən öncə dostları ilə əylənib. Səhər isə evə piyada getmək istəmədiyi üçün "VAZ-2107" markalı avtomobili qaçırıb. Oğru yolda ikən qəzaya düşüb və maşını hadisə yerində qoyaraq çıxıb gedib.
Araşdırma zamanı məlum olub ki, vətəndaş daha iki analoji əməl törədib. Hər iki halda, o, piyada gəzmək istəmədiyi üçün bunu etdiyini söyləyib.
İndi avtomobil oğrusunu 5 ilə qədər həbs gözləyir.(oxu.az)
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma