Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Whatsapp-a yeni funksiyalar əlavə edilib
---

Whatsapp-a yeni funksiyalar əlavə edilib

Whatsapp tərtibatçıları messencerə səsli mesajlar ilə bağlı yeni funksiyaların əlavə edildiyini bildiriblər. Yeni funksiyalar səsli mesajlardan tez-tez istifadə edən Whatsapp istifadəçilərinə faydalı olmalıdır. Daha öncə sözügedən funksiyalar Whatsapp-ın beta versiyasında aktiv idilər. Lakin indi onlar messencerin stabil versiyasında istifadəyə verilib. Yeni funksiyalar tədricən hamı üçün aktiv olacaq. Beləliklə Whatsapp-a səsli mesajlar ilə bağlı əlavə edilmiş 6 yeni funksiya aşağıdakılardır:

- Qəbul edilmiş səsli mesaja çat xaricində qulaq asa bilmək. Belə ki, istifadəçi bir çatda səsli mesaja qulaq asan zaman rahatlıqla digər çata keçid edə bilər. Bu zaman səsli mesaj avtomatik olaraq dayandırılmayacaq

- Səsli mesajın yazılması prosesini dayandırmaq və daha sonra qaldığı yerdən davam etmək olar

- Səsli mesaja qulaq asan zaman da onu dayandırmaq olar. Daha sonra istifadəçi çata geri döndükdə səsli mesajı dayandırdığı yerdən qulaq asmağa davam edə bilər

- Səsli mesajın vizuallaşdırılması. Səsli mesaja qulaq asan zaman interfeysdə səs dalğaları əks olunacaq

- Bundan sonra yazılmış səsli mesajı göndərməmişdən öncə ona qulaq asmaq mümkün olacaq

1.5x və 2x sürətləndirmə artıq adi səsli mesajlar ilə yanaşı həmçinin yönləndirilmiş səsli mesajlar üçün də aktivdir.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma