Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Sahibsiz itlərin öldürülməsini istəməsi Yıldız Tilbeyə baha başa gəldi
---

Sahibsiz itlərin öldürülməsini istəməsi Yıldız Tilbeyə baha başa gəldi

Tviter hesabında sahibsiz itlərin öldürülməli olduğunu deyən türkiyəli müğənni Yıldız Tilbenin Kiprdə gerçəkləşməsi planlaşdırılan konserti ləğv edilib.
Axşam.az xəbər verir ki, konsertin baş tutacağı hoteldən verilən açıqlamada deyilir:
"Y.Tilbenin adı heyvanlarla bağlı utancverici açıqlamasına görə qeyri-müəyyən müddətə bütün hotel və obyektlərimizdə baş tutmalı olan konsertlərin siyahısından çıxarılıb".
Qeyd edək ki, ifaçı sosial media hesabında "Sahibsiz itlərin olduğu ərazidə yaşayan insanlar onlara zəhərli ət versin ki, hamısı ölsün. İnsanları parçalamaq nədir?" sözlərini yazıb. İstanbul Barosu Heyvan Hüquqları Mərkəzi onun barəsində cinayət işi açıldığını bildirib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma