Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Azərbaycanlı aktrisanın Zelenski ilə bağlı dedikləri TƏNQİD OLUNDU - "Aktyordan lider olar?"
---

Azərbaycanlı aktrisanın Zelenski ilə bağlı dedikləri TƏNQİD OLUNDU - "Aktyordan lider olar?"

Aktrisa Məlahət Abbasovanın Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması ilə bağlı fikirlərinə görə tənqid edilib.
Axşam.az xəbər verir ki, sənətçi bu haqda "show_news" səhifəsindəki paylaşımlardan birinə yazıb.
M.Abbasova Ukrayna Prezidenti Vladimir Zelenski ilə bağlı şərhində "Zelenski aktyor, ssenarist və rejissordur. Yumorist siyasətçidir. Siyasət onun işi deyildi. Aktyordan lider olar? Adama deyərlər get aktyorluğunu, rejissorluğunu et. Əlbəttə ki, yalnız qalacaqsan" sözlərini qeyd edib.
Onun bu sözləri tənqid edilib. İnsanlar şərhdə "Yazdıqlarınız çox zalımdır, Ukraynada insanlar ölür", "Məsum insanlar öldürülür", "Sən də aktrisasan, nə başa düşürsən siyasəti?" cavabını yazıblar.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma