Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Ruhunuzun dincəlməsi üçün 8 MƏSLƏHƏT
---

Ruhunuzun dincəlməsi üçün 8 MƏSLƏHƏT

Həyatınız nə qədər mükəmməl olsa da, bəzən işlər yolunda getməyə bilər.
MAY.AZ ruhunuzun dincəlməsi üçün 7 tövsiyəni təqdim edir.
1. Mesaj yazmayın, zəng edin

Sevdiyiniz şəxsin səsini eşitmək stress səviyyəsini azaldır və bədəndəki oksitosin hormonunun ("sevgi hormonu"nun) ifrazına səbəb olur. O, etibar hissini artırır, narahatlıq və qorxunu azaldır, sakitlik və inam verir. Mesajlaşma eyni effekti vermir.
2. Kitab oxuyun

Dünyanın problemlərindən bir müddətlik uzaqlaşmağın ən yaxşı yollarından biri kitab oxumaqdır. Əhvalınızdan asılı olaraq, bu, sevgi romanı, detektiv, motivasiya edici kitab ola bilər.
3. Sitrus meyvələrindən faydalanın

Portağal və ya qreypfrut yemək, hətta çayınızda bir az limon əlavə etmək əhvalınızı düzəldə bilər.
4. Gülümsəyin

Gülümsəmək insana hüzur bəxş edir. Gülümsəyəndə ürək döyüntüsü yavaşlayır və insan özünü daha rahat hiss edir.
5. Möhtəşəm hisslər yaşayın

Sizə möhtəşəm hisslər yaşadacaq işlərlə məşğul olun. Məsələn, hündür binadan baxmaq və ya qürubu seyr etmək sizi daha xoşbəxt hiss etdirə bilər.
6. Sözlərinizə və ətrafınızdakılara diqqət yetirin

Neqativ əhval-ruhiyyə yoluxucudur. Ətrafınızda neqativ düşüncəli insanlar varsa, sizə də təsir edəcəklər. Ruh halınız, sözləriniz, həyat tərziniz həmişə pozitiv olsun.
7. Otağın işıqlandırılmasına diqqət edin

Yuxarıdan gələn gur işıq sizi narahat edə bilər. Yumşaq işıqlandırma əsəbləri sakitləşdirir.
8. Qısamüddətli məşqə necə baxırsınız?

Araşdırmalara görə, qısa, lakin aktiv məşq stressi aradan qaldıra bilər. Bu səbəbdən 1 saatlıq yoga əvəzinə, 20 dədiqə qaçmaq stress əleyhinə daha təsirlidir.
Natəvan Baxşiyeva
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma