Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Necə doğru jim etmək olar? Qüsursuz jimin sirləri
---

Necə doğru jim etmək olar? Qüsursuz jimin sirləri



Evdə, yaxud zalda olmağınızdan asılı olmayaraq, idman dedikdə ağıla gələn ilk məşqlərdən biri klassik jimdir.
Əsasən, sinə əzələlərini işlətdiyi üçün sinə məşqi olaraq adlandırılsa da, jim düzgün edildiyi halda çox təsirli bütün bədən məşqinə çevrilə bilər.
Bəs necə doğru jim etmək olar? Uyğun məkan, motivasiya, bir də bu üsullar kifayətdir. Gəlin bu sualın cavabını addım-addım öyrənək.
- Əllərinizi çiyin səviyyəsindən bir az geniş açaraq yerə qoyun.
- Barmaqlarınızı geniş açıb döşəməni hiss edərək möhkəm bir şəkildə tutun.
- Ayaq barmaq uclarınızı da yerə qoyduqdan sonra qarın əzələlərinizi sıxın. Beləliklə, onurğanızın təbii quruluşunu qorumuş olacaqsınız.
- Aşağı enərkən və yuxarı qalxarkən dirsəklərinizi gövdənizdən uzaqlaşdırmayın. Bu, çox tez-tez edilən bir səhvdir və çiyinlərinizin zədələnməsinə səbəb ola bilər.
- Sinə əzələlərinizi daha yaxşı işlətmək üçün özünüzü deyil, döşəməni irəli doğru itələdiyinizi düşünün. 
- Hərəkət boyunca ayaq və omba əzələlərinizi sıxın. Beləliklə, həm bədəninizin üst, həm də alt hissəsini işlətmiş olacaqsınız.
- Son olaraq, jim edərkən qarşıya deyil, yerə baxmaq daha doğrudur. Hər nə qədər bu bəndin əksi doğru hesab edilsə də, idmanınızda yalnışa yol verməyin, onurğa bütövlüyünü pozmayın.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma