Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » KİV: Pakistan İŞİD-lə mübarizədə "Taliban"a yardım edir
---

KİV: Pakistan İŞİD-lə mübarizədə "Taliban"a yardım edir

Pakistan Əfqanıstanda İŞİD terror qruplaşması ilə mübarizədə "Taliban"a yardım edir.
"Report" xəbər verir ki, bu barədə "Washington Post" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Pakistan "Taliban"a kəşfiyyat məlumatlarını ötürmək və terrorçularla mübarizədə texniki dəstək vermək üçün qeyri-rəsmi kəşfiyyat kanallarından istifadə edir. Xüsusilə, İŞİD üzvlərini və onların əməliyyat mərkəzlərini müəyyən etmək üçün telefon və internet rabitəsini izləməyə kömək edir.
Bundan əvvəl "Taliban" sözçüsü Bilal Kərimi deyib ki, "Taliban" İŞİD-i ciddi təhlükə hesab etmir və onunla mübarizə aparmaq üçün kənardan köməyə ehtiyac duymur.
Qəzet vurğulayır ki, ABŞ qoşunlarının geri çəkilməsindən sonra kəşfiyyat xidməti "Taliban"la rəsmi və qeyri-rəsmi təmaslar qurur, Amerika tərəfi mütəmadi olaraq İŞİD əməliyyatları haqqında məlumatı Kabilə ötürməyə çalışır. Lakin bir çox hallarda "Taliban" verilən məlumatlara maraq göstərmir və ya ondan necə istifadə edəcəyini bilmir.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma