Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Ukraynada qadınlar hərbi qeydiyyata alınacaq
---

Ukraynada qadınlar hərbi qeydiyyata alınacaq

Ukraynada qadınların hərbi qeydiyyata alınması barədə ölkənin Müdafiə Nazirliyinin əmri qüvvəyə minib.


Sənəddə qadınların çalışdığı və hərbi qeydiyyata alınması vacib olan ixtisas və peşələrin siyahısı təsdiqlənib. Siyahıda 35 peşə sahəsi var ki, onların hər biri faktiki olaraq iqtisadi fəaliyyətin onlarla ayrı-ayrı ixtisaslarını təmsil edir.


Nazirlikdən verilən məlumata görə, qərar yüz minlərlə ukraynalı xanıma şamil olunur. Qadınların hərbi qeydiyyata alınması ilə bağlı sərəncamın icrası üzrə işlərin 2022-ci ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.(oxu.az)
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma