Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Bərdədə küçədən beş yaşlı uşaq tapıldı - DİN-dən AÇIQLAMA - YENİLƏNİB
---

Bərdədə küçədən beş yaşlı uşaq tapıldı - DİN-dən AÇIQLAMA - YENİLƏNİB

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Unikal.org-a verilən məlumata görə, oktyabr ayının 18-də gecə radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində azyaşlı oğlan uşağı aşkar edilərək RPŞ-yə gətirilib.
Araşdırma zamanı azyaşlı uşağa fiziki zor göstərilmədiyi və bədənində hər hansı xəsarət izləri olmadığı müəyyən edilib.
Azyaşlı uşaq himayəsində yaşadığı bibisinə təhvil verilib.
***
10:31
Bərdə rayonunda küçədən beş yaşlı uşaq tapılıb.
Unikal.org "Kriminalqafqaz"a istinadən xəbər verir ki, uşaq rayonun Heydər Əliyev prospekti ərazisində aşkarlanıb.
Uşaq anası və atası tərəfindən döyülərək küçəyə atıldığını iddia edib.
Azyaşlı rayon sakinləri tərəfindən Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma