Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Əfqanıstanda 100-dən çox müəssisə fəaliyyətini dayandırıb
---

Əfqanıstanda 100-dən çox müəssisə fəaliyyətini dayandırıb

Əfqanıstanın şimal-qərbindəki Herat əyalətində son iki ay ərzində 100-dən çox müəssisə fəaliyyətini dayandırıb.
"Report"un məlumatına görə, bu barədə "Tolo News" Əfqanıstan Sənaye və Mədənçilik Palatasının rəsmilərinə istinadən xəbər verir.

Rəsmilər Heratdakı fabriklərin sayının azalmasının xammal və ölkənin üzləşdiyi iqtisadi çətinliklərlə əlaqəli olduğunu bildiriblər.
Eyni zamanda əyalətdəki dövlət aparatının nümayəndələri telekanala bildiriblər ki, artıq yerli istehsal məhsulları üçün daha əlverişli bazar şəraiti yaratmaq üçün idxal olunan mallara rüsumları artırıblar.
Ekspertlərin fikrincə, müəssisə sahiblərininvə investorların qarşılaşdıqları problemlər təcili həll edilməzsə, iqtisadi böhran dərinləşəcək.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma