Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » "Teleqram"da yeni funksiya yaradılıb
---

"Teleqram"da yeni funksiya yaradılıb

"Teleqram"da yeni imkanlar yaradılıb.
"Report" messencerin saytına istinadən xəbər verir ki, indi 30-a qədər iştirakçı videokonfrans rejimində eyni vaxtda video translyasiya edə bilər. Bundan başqa, videokonfranslar 1 000-ə qədər izləyicini əhatə etməyə başlayıb - bunun sayəsində "teleqram" vasitəsilə mühazirələrin, konsertlərin və başqa kütləvi tədbirlərin yayımına baxmaq olar.
"Videomesajlar telefonunuzda lazımsız videoları saxlamadan ətrafınızda baş verənləri qısa zamanda dostlarınızla paylaşmağa imkan verir. Bu gündən etibarən təsvirin keyfiyyəti artırılıb - əgər alınan videomesajı tıklasanız, çat söhbəti tamamilə genişlənəcək", - məlumatda deyilir.
Bundan əlavə, kompüter üçün "teleqram" tətbiqində şəkil redaktoru yaradılıb: hər hansı şəkli və ya ekran görüntüsünü göndərməzdən əvvəl kəsə, çevirə, rəsm və ya stiker əlavə etmək olar.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma